SON XƏBƏRLƏR

Əl-Ərəbiyyə: İsrail İrana hücum etmək qərarını verib

2025.01.18, 11:49
Əl-Ərəbiyyə: İsrail İrana hücum etmək qərarını verib

Əl-Ərəbiyyə, adını açıqlamayan yüksək səviyyəli avropalı diplomata istinadən xəbər verir ki, avropalı diplomatlar İsrailin son aylar Yaxın Şərqdə baş verən hadisələrdən sonra İrana hücum qərarını verdiyinə inanır.

Gunaz.tv

Əl-Ərəbiyyənin məlumatına görə, İsrailin İranın nüvə obyektlərinə mümkün hücumunu heç də qaçılmaz deyil, bununla bağlı bir neçə Avropa ölkəsi Tramp komandası ilə İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün hərbi yoldan başqa yolların olub-olmadığı barədə danışıqlara başlayıb.

Qeyd edək ki, dekabrın əvvəlində üç ölkə İranın uranı zənginləşdirmə qabiliyyətinin artması ilə bağlı “ciddi narahatlıq” ifadə etmiş və BMT-nin İrana qarşı bütün sanksiyalarını bərpa etmək barədə danışmışdı.

Bununla yanaşı Donald Tramp vurğulayıb ki, ABŞ heç vaxt İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək.

Seçkilərdə qalib gəldikdən sonra Tramp İrana qarşı hərbi əməliyyatların mümkünlüyünü şərh etməkdən çəkinir və bunu Amerikanın hərbi strategiyası ilə əlaqələndirir.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar