SON XƏBƏRLƏR

Suriyanın yeni hökuməti İran mallarının ölkəyə girişini qadağan edib

2025.01.19, 11:05
Suriyanın yeni hökuməti İran mallarının ölkəyə girişini qadağan edib

İran vətəndaşlarının Suriyaya girişinə qadağa qoyulması ilə bağlı xəbərlər dərc edildikdən sonra Suriyanın yeni hökuməti İran mallarının da ölkəyə girişinin qadağan ediləcəyini açıqlayıb.

Gunaz.tv

Suriyada Quru və Dəniz Keçidləri Baş İdarəsi İran, İsrail və Rusiyadan gələn malların ölkəyə girişinin qadağan edildiyini və müsadirə ediləcəyini açıqlayıb.

 

Baş Müdürlük Telegram səhifəsində bu qadağanın Maliyyə Nazirliyinin 17 yanvar əmrindən sonra həyata keçirildiyini açıqlayıb.

Qeyd edək ki, eyni qadağalar İsrailə də tətbiq ediləcək.

Bir müddət əvvəl Suriyanın yeni hökumətinin lideri Əhməd əl-Şaraa demişdi: “İranın İraq, Livan və Suriya da daxil olmaqla nüfuz sahibi olduğu hər bir ölkədə çox geniş miqyasda məzhəblərarası gərginlik var və bu, vətəndaş müharibəsinə gətirib çıxarır. hökumət səviyyəsində ciddi inzibati korrupsiya var"

İran parlamentinin iki keçmiş deputatının sözlərinə görə, Bəşər Əsədin devrilməsi ilə Suriya rejiminin İrana olan 30 milyard dollardan çox borcu silinib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar