SON XƏBƏRLƏR

İranın müharibə qorxusu: Rejim Rusiya ilə hərbi əməkdaşlığı genişləndirir

2025.01.20, 11:26
İranın müharibə qorxusu: Rejim Rusiya ilə hərbi əməkdaşlığı genişləndirir

"Bir-birimizə kömək edə biləcəyimiz bütün sahələrdə, o cümlədən hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirməyə çalışacağıq." - bu sözləri İran Prezidenti Məsud Pezeşkian rusiyalı jurnalist Vladimir Solovyova müsahibəsində deyib.

Gunaz.tv

 

“Biz əməkdaşlıq etməliyik ki, düşmən asanlıqla gəlib bizi məhv edib getməsin. Düşmən bizi asanlıqla məğlub edə biləcəyi ilə bağlı illüziyalara qapılmamalıdır”, - deyə o əlavə edib.

Qeyd edək ki, Rusiya və İran arasında 17 yanvarda strateji tərəfdaşlıq sazişi imzalanıb. Saziş müdafiə, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya daxil olmaqla bütün sahələri əhatə edir.

Qeyd edək ki, Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri öz hesabatlarında qeyd edirlər ki, diqqət "hərbi-texniki əməkdaşlığa” yönəlib. Bu əməkdaşlıq çərçivəsində İranın Rusiyaya "Shahed” pilotsuz uçuş aparatları və digər hərbi texnika tədarük etməsi, həmin texnikanın Ukraynadakı müharibədə istifadə olunması mümkündür.  

Xüsusilə, İran Rusiyaya "Shahed” pilotsuz uçuş aparatlarının istehsalını genişləndirməkdə kömək edə bilər ki, bu da idxaldan asılılığı azaldar və davamlı döyüş əməliyyatları üçün lazımi texnikanın axınını təmin edər.  

Saziş həmçinin Rusiyanın sanksiyalardan yayınmasına və beynəlxalq məhdudiyyətlərin yaratdığı iqtisadi çətinlikləri yüngülləşdirməsinə yardım etməyi hədəfləyir. Rusiya İranla iqtisadi və nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi sayəsində Qərb sanksiyalarından yan keçəcəyinə və daxili iqtisadi təzyiqləri azaldacağına ümid edir.  

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar