SON XƏBƏRLƏR

İsrail ordusunun baş qərargah rəisi CENTCOM komandiri ilə İranı müzakirə etdi

2025.02.21, 13:09
İsrail ordusunun baş qərargah rəisi CENTCOM komandiri ilə İranı müzakirə etdi

İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi ABŞ-a son işgüzar səfəri zamanı ABŞ Mərkəzi Komandanlığının Qərargahının (CENTKOM) komandiri Maykl Korila ilə görüşüb və İslam Respublikasının bölgədəki dağıdıcı təsiri kimi məsələləri müzakirə edib.

Gunaz.tv

Bu barədə ABŞ Mərkəzi Komandanlığının Qərargahı məlumat yayıb.

"CENTCOM-un Florida ştatının Tampa şəhərindəki qərargahında keçirilən görüşdə tərəflər ikitərəfli hərbi əməkdaşlığın gücləndirilməsini və Yaxın Şərqdəki hadisələri, o cümlədən İslam Respublikasının dağıdıcı müdaxilələri, Livanda hərbi əməliyyatların dayandırılması, Qəzzada atəşkəs və Tehranın dəstəklədiyi husilərin vəziyyətini müzakirə ediblər",- məlumatda bildirilib.

Bu səfər zamanı İsrail Ordusunun Baş Qərargah rəisi Vaşinqtonda yəhudi icmasının üzvləri ilə də görüşüb.

Holloveyin Amerikaya səfəri ilə eyni vaxtda İsrailin xarici işlər naziri Gidon Saar Qüdsdə İsrail Xarici İşlər Nazirliyində Lindsey Qraham və Den Sollivan başda olmaqla amerikalı senatorlardan ibarət nümayəndə heyəti ilə görüşüb.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar