SON XƏBƏRLƏR

İran danışıqlardan imtina etdi

2025.03.04, 20:30
İran danışıqlardan imtina etdi

ABŞ-nin maksimum təzyiq siyasəti İran üçün problemlər yaradır, amma İran Vaşinqtonda danışıqlar zamanı Ukraynanın yaşadıqlarının şahidi olmağa hazır deyil.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bunu İran hökumətini rejiminin rəsmi nümayəndəsi Fatimə Mohacerani deyib.

“Danışıqlar xoş niyyətin təzahürüdür və “maksimum təzyiq” bizim üzərimizdə artıq sınaqdan keçirilib. Bəli, bu, bizi narahat edir, amma biz Ukrayna xalqının öz prezidentinə (Volodimir Zelenski) qarşı yaşadığı rüsvayçılığın şahidi olmağa hazır deyilik”, - Mohacerani ABŞ ilə vasitəçilər vasitəsilə danışıqların mümkünlüyü ilə bağlı sualı cavablandırarkən bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp yanvar ayında İrana maksimum təzyiq siyasətini bərpa edən fərman imzalayıb. Artıq bu çərçivədə İranın bir sıra neft müəssisələri və bu ölkənin neft daşınmalarında iştirak edən gəmilərinə qarşı sanksiyalar tətbiq olunub.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar