SON XƏBƏRLƏR

İranın 38 həbsxanasında siyasi məhbuslar aclıq aksiyası keçiriblər

2025.03.05, 10:09
İranın 38 həbsxanasında siyasi məhbuslar aclıq aksiyası keçiriblər

Güney Azərbaycan şəhərlərinin həbsxanaları da daxil olmaqla İranın 38 həbsxanasında saxlanılan siyasi məhbuslar edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasınaəl atıblar.

Gunaz.tv

Bu barədə "Edama yox Kampaniyası"nın yaydığı bəyanatda bildirilib.

Aksiya keçirən məhbuslar, bu vasitə ilə beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək istəyirlər.

Aclıq aksiyası 58-cı dəfədir ki, hər həftənin ikinci günü keçirilir.

Bununla eyni vaxtda edama məhkum edilmiş məhbusların ailələri Tehranın Evin həbsxanasının qarşısına toplaşaraq, artan edam hökmlərinə etiraz ediblər.

Qeyd edək ki, 2024-cü ildə İranda 1000-dən çox məhkum edam edilib, onlardan 975-nin kimliyini müəyyənləşdirmək mümkün olub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar