SON XƏBƏRLƏR

Danimarka Qrenlandiyanın müqəddəratını təyinetmə hüququna hörmət edir

2025.03.05, 12:10
Danimarka Qrenlandiyanın müqəddəratını təyinetmə hüququna hörmət edir

Qrenlandiyanın qərarının nə olacağına dair çox nikbinəm.

Gunaz.tv

Bunu Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə birgə mətbuat konfransında bildirib.

Diplomat bildirib ki, Danimarka Qrenlandiyanın öz müqəddəratını təyinetmə hüququna hörmət edir.

“Biz Şimalda və Arktikada təhlükəsizlik məsələlərinə gəldikdə amerikalı dostlarımızla işləməyə hazırıq”, - Rasmussen vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp Amerikanın Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcəyini bildirib.

Dünyanın ən böyük adasın olan Qrenlandiya Danimarka krallığı tərkibində muxtariyyətə sahibdir. Adanın 56 min nəfərlik əhalisinin 90%-i yerli eskimoslardır.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar