SON XƏBƏRLƏR

Putin "niyə SSRİ-ni dağıtdılar" deyib, kövrəldi

2025.03.05, 13:08
Putin "niyə SSRİ-ni dağıtdılar" deyib, kövrəldi

Rusiya lideri Vladimir Putinin Sankt-Peterburqun meri olmuş Anatoli Sobçakın ötən gün baş tutan anım günündə onunla bağlı danışdığı bir xatirə diqqət çəkib.

Gunaz.tv

Mediada yayılan məlumata görə Sobçak, Qorbaçov və Yeltsin ilə birgə Sovet İttifaqının sonunu gətirən insanlardan biri olub. Vladimir Putin adlı orta rütbəli KQB zabitini üzə çıxaraq ona siyasətdə ilk işini verən də Sobçak olub. Putin ilk dəfə prezidentliyə namizədliyini irəli sürən dövrdə anidən 62 yaşlı Anatoli Sobçak Kalininqradda bir otel otağında ölür. Meyit yarıldıqdan sonra, onun ürək dayanmasından öldüyü ortaya çıxsa da, ürəktutması izinə rastlanmır.

 

GünazTV "Globalinfo.az"-a istinadən xəbər verir ki, Putin ötən gün baş tutan anım günündə tarixdə ilk dəfə onunla bağlı xatirəsini paylaşıb. O deyib ki, Sobçak SSRİ-nin dağılmasını çox ağrılı qarşılayıb:

“Xatırlayıram, bir gün işdəydim (Vladimir Putin Sobçakın katibi olub – red.), o, Moskvadan qayıtdı, əlində olan hansısa vərəqləri masanın üstünə atdı. Harasa baxdı və sonra dedi: “Niyə onlar bunu edirlər?” Mən dedim ki, siz nə haqda danışırsınız, Anatoli Aleksandroviç? O qayıtdı ki, niyə onlar ölkəni parçalayıb-dağıdırlar?”

Sonra Rusiya lideri qəmginliklə “indi bu barədə şərh etmək istəmirəm” deyə, kövrəldiyini belə nümayiş etdirib.

Qeyd edək ki, Putinin SSRİ-nin dağılmasını “faciə” adlandırması ilk dəfə deyil. Ancaq budəfəki çıxışı onun bu hadisədən necə sarsılmasını daha çılpaqlığı ilə nümayiş etdirir ki, bu da politoloqların müzakirəsinə səbəb olub. Belə ki, Putinin bütün siyasi fəaliyyətinin SSRİ-ni bu və ya digər formada bərpa etməyə həsr etdiyi gündəmə gətirilib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar