SON XƏBƏRLƏR

Gürcüstan və Özbəkistanın XİN başçıları Orta Dəhlizi müzakirə etdilər

2025.03.05, 18:30
Gürcüstan və Özbəkistanın XİN başçıları Orta Dəhlizi müzakirə etdilər

Daşkənddə Gürcüstan və Özbəkistanın xarici işlər nazirləri — Maka Boçorişvili və Baxtiyor Saidov arasında görüş keçirilib.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadənxəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları müzakirə olunub.

Tərəflər Gürcüstan və Özbəkistan arasında ticari-iqtisadi əlaqələrin dərinləşməsinə xüsusi diqqət yetiriblər, Orta Dəhlizin inkişafı istiqamətində iki ölkə arasında fəal əməkdaşlığın davam etdiyini vurğulayıblar.

XİN başçıları Gürcüstan-Özbəkistan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətini yüksək qiymətləndiriblər.

Görüşdə həmçinin mədəni-humanitar, təhsil, elm və idman sahələrində əməkdaşlığın intensivləşdirilməsi imkanlarının da müzakirəsi aparılıb.

Nazirlər regionda təhlükəsizlik problemlərini də nəzərdən keçiriblər və sülhün təşviq edilməsinin vacibliyini vurğulayıblar.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar