SON XƏBƏRLƏR

BQXK: Bakı Azərbaycandakı nümayəndəliyimizi bağlamaq niyyəti haqda bizə məlumat verib

2025.03.05, 15:45
BQXK: Bakı Azərbaycandakı nümayəndəliyimizi bağlamaq niyyəti haqda bizə məlumat verib

“Azərbaycan hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyini bağlamaq niyyəti haqda bizə məlumat verib”.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin ictimaiyyətlə əlaqələr mütəxəssisi Aurelie Lachant deyib.

O bildirib ki, hazırda hakimiyyət orqanları ilə əlaqə saxlayırlar: “Bu, bizim konfidensial və ikitərəfli dialoqumuzun bir hissəsidir”.

Qızıl Xaç Komitəsi ilə yanaşı rəsmi Bakı BMT-nin dörd ofisinin - BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycanda ofislərinin bağlanması təklifi ilə çıxış edib.

Hökumət bildirir ki, bu, beynəlxalq təşkilatlarla əməkdaşlığın dayandırılması demək deyil. Azərbaycan əməkdaşlığı beynəlxalq təşkilatların regional və baş ofisləri ilə davam etdirəcək.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar