SON XƏBƏRLƏR

Ford: “YPG-ni məhv edib Suriyadan çıxmalıyıq”

2025.03.05, 16:30
Ford: “YPG-ni məhv edib Suriyadan çıxmalıyıq”

ABŞ Suriyaya ən yaxşı yardımı buradakı hərbi qüvvələrini çıxarmaqla göstərə bilər.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bunu ABŞ-nin Suriyadakı keçmiş səfiri Robert Ford deyib.

Diplomat qeyd edib ki, Vaşinqton Suriyada YPG adından istifadə edən terror təşkilatına bel bağlamaq əvəzinə yeni qurulan hökumətlə işləməlidir:

“İŞİD terror təşkilatına qarşı daha təsirli mübarizə aparmaq üçün Donald Tramp administrasiyası Dəməşqlə arasında yeni bir kanal açmalıdır”.

Ford həmçinin vurğulayıb ki, ABŞ öz qoşunlarını ölkədən çıxarmalı, dərhal Suriya hökuməti ilə təmas qurmalıdır: “ABŞ bu ölkənin İŞİD-ə qarşı mübarizədə müvəffəqiyyətli olması üçün Suriyaya qarşı sanksiyaları da yumşaltmalı olacaq”.

PKK terror təşkilatının Suriyadakı digər qanadı SDQ-yə gəlincə, sabiq səfir qeyd edib:

“Birləşmiş Ştatlar SDQ-ni məyus etməyə və onu Suriyanın yeni hərbi strukturlarına inteqrasiya etməyə təşviq etməyə hazır olmalıdır”.

Ford əlavə edib ki, ABŞ YPG terror təşkilatına da onun mərhələli şəkildə məhv edilməsi mesajını verməlidir və bu proses həyata keçirilməlidir:

“Vaşinqton ABŞ qüvvələrinin Suriyada iki ildən artıq qalmamasında israrlı olmalıdır. Suriyanın real demokratiya qurmasının yeganə yolu qanunun aliliyi, siyasi və şəxsi azadlıqların qorunmasıdır. Amma bu, Amerikanın müdaxiləsini və ya ABŞ qoşunlarının yerdə olmasını tələb etməməlidir”.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar