SON XƏBƏRLƏR

Vədud Əsədi Evin həbsxanasına köçürülüb

2025.03.06, 09:53
Vədud Əsədi Evin həbsxanasına köçürülüb

Gilan əyalətinin Rəşt şəhərində yaşayan milli fəal Vədud Əsədi, 9 aylıq həbs cəzasını çəkmək üçün Tehranın Evin həbsxanasına köçürülüb.

Gunaz.tv

Bu barədə onun yaxınları məlumat yayıb.

Bildirilib ki, o, Tehranın 33-cü bölgəsinin Baş və İnqilab Prokurorluğunun məhkəmə hökmlərinin icrası idarəsinin 1 saylı şöbəsinə çağırıldıqdan sonra həbsxanaya aparılıb.

"Ölkənin milli təhlükəsizliyinə qarşı zərbə vurmaq üçün əlbir olmaq"da günahlandırılan Vədud Əsədi, 4 il azadlıqdan məhrum edilib.

Apellyasiya şikayətindən sonra barəsində çıxarılan həbs qərarı 1 ilə, daha sonra isə 9 aya qədər azaldılıb.

Qeyd edək ki, V.Əsədi 2024-cü il fevralın 6-da həbs edilərək Tehranın Evin həbsxanasına köçürülüb, martın 9-da isə girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

Vədud Əsədi bundan əvvəl də dinc, mədəni fəaliyyətlərinə görə, bir neçə dəfə saxlanılıb. 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar