SON XƏBƏRLƏR

Amerika qanunsuz miqrasiyaya şərait yaradan xarici rəsmilərə qarşı sanksiyalar tətbiq edəcək

2025.03.06, 11:32
Amerika qanunsuz miqrasiyaya şərait yaradan xarici rəsmilərə qarşı sanksiyalar tətbiq edəcək

Vaşinqton bundan sonra Amerika administrasiyasının qanunsuz miqrasiyada iştirak etdiyini güman etdiyi xarici rəsmilərə qarşı birtərəfli sanksiyalar tətbiq edəcək.

Gunaz.tv

GünazTV “Report”-a istinadən xəbər verir ki, bunu Amerikanın dövlət katibi Marko Rubio bəyan edib.

“Bu gün yeni viza məhdudiyyətləri siyasətini elan edirəm. Bu məhdudiyyətlər digər ölkələrin hökumət rəsmilərinə, o cümlədən miqrasiya və gömrük xidməti əməkdaşlarına, hava və dəniz limanlarında çalışanlara, eləcə də Vaşinqtonun qanunsuz miqrasiyaya bilərəkdən şərait yaratmaqda şübhəli bildiyi digər məmurlara şamil olunacaq”, – dövlət katibinin yazılı açıqlamasında bildirilib.

Rubio əlavə edib ki, sanksiyalar həmçinin vəzifə borclarını vicdansız yerinə yetirən şəxslərə qarşı da tətbiq ediləcək. Buraya miqrasiya qanunlarının tələblərini pozan və ya xarici vətəndaşların Amerikanın  cənub-qərb sərhədindən qanunsuz keçidinə dolayısı ilə şərait yaradan şəxslər də daxildir.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar