SON XƏBƏRLƏR

Türkiyə Milli Müdafiə Nazirliyi: PKK dərhal silahlarını təhvil verməlidir

2025.03.06, 13:02
Türkiyə Milli Müdafiə Nazirliyi: PKK dərhal silahlarını təhvil verməlidir

GünazTV xəbər verir ki, türkiyə Milli Müdafiə Nazirliyi həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Gunaz.tv

Nazirlik terror təşkilatı liderinin silahı yerə qoymağa və təşkilatı dağıtmağa çağırışı ilə bağlı sualları cavablandırarkən belə deyib:

"Fevralın 27-də terror təşkilatına silahı yerə qoymağa və təşkilatı ləğv etməyə çağırış edilib. Təşkilat, terrorun bizi heç yerə aparmayacağını, ömrünün sona çatdığını və özünü məhv etməkdən başqa çarəsi olmadığını gec də olsa başa düşməsi diqqət çəkir. Edilən çağırışda olduğu kimi, PKK və ona bağlı bütün qruplar terror fəaliyyətinə son qoymalı, özünü dağıtmalı və dərhal və qeyd-şərtsiz silahlarını yerə qoymalı və silahlarını təhvil verməlidir.

Çağırış mətnində yer almayan məsələləri gündəmə gətirib çaşqınlıq yaratmağa cəhd edilməməlidir. Nazirimizin dediyi kimi, prosesin təxribatına və uzadılmasına icazə verilməyəcək. Ehtiyatlı və rasional yanaşma əsas götürüləcək.

Terrorla mübarizədə əldə edilən uğurlarda ən böyük payı olan əziz şəhidlərimizin, qəhrəman veteranlarımızın ailələri hər zaman qəlbimizin üstündədir. Dövlətimiz əziz şəhidlərimizin, qəhrəman veteranlarımızın dəyərli ailələrini hər zaman qoruyacaq, uğrunda canımızdan keçdiyimiz dəyərləri qorumaqdan heç vaxt çəkinməyəcək."

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar