SON XƏBƏRLƏR

İsrailin yeni Baş Qərargah rəisi İranla müharibə ili elan etdi

2025.03.06, 14:05
İsrailin yeni Baş Qərargah rəisi İranla müharibə ili elan etdi

İsrail Müdafiə Qüvvələrinin (İDF) yeni Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir cümə axşamı yüksək komandanlığa bildirib ki, 2025-ci il Qəzza və İrana fokuslanan müharibə ili olacaq, eyni zamanda digər cəbhələrə də diqqət yetiriləcək.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadən xəbər verir ki, bu barədə "The Jerusalem Post" nəşri yazıb.

Nəşrin məlumatına görə, Eyal Zamir son illərdə İsrail ordusunun əsasən nisbi qələbə və ya çəkindirmə strategiyasına yönəldiyini bildirərək, "qələbə" konsepsiyasını əsas dəyər kimi ön plana çəkəcəyini qeyd edib.

Bundan əlavə, o, HƏMAS-ın əlində olan girovların geri qaytarılması üçün bütün səylərin səfərbər ediləcəyini bəyan etsə də, hələlik konkret siyasət dəyişikliyinin adını çəkməyib.

Qeyd edək ki, Zamir çərşənbə günü rəsmi olaraq İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinin icrasına başlayıb. Mərasimdə Zamirə İsrail ordusunun ən ali rütbəsi, general-leytenant rütbəsi təntənəli şəkildə təqdim edilib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar