SON XƏBƏRLƏR

Moskva sülhməramlıların Ukraynaya göndərilməsini NATO-nun münaqişəyə cəlb olunması kimi qiymətləndirəcək

2025.03.06, 14:35
Moskva sülhməramlıların Ukraynaya göndərilməsini NATO-nun münaqişəyə cəlb olunması kimi qiymətləndirəcək

Moskva Avropa sülhməramlılarının Ukraynaya göndərilməsi məsələsində güzəştə yer görmür.

Gunaz.tv

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynada avropalı sülhməramlıların olmasına NATO-nun mövcudluğu kimi baxacaq: “Avropalı sülhməramlıların Ukraynaya göndərilməsi NATO ölkələrinin Rusiyaya qarşı müharibəyə rəsmi cəlb olunması demək olacaq. Bu, NATO ölkələrinin Rusiya Federasiyasına qarşı müharibəyə rəsmi, ört-basdır edilmədən cəlb olunması demək olacaq”.

Lavrov Ukraynaya sülhməramlı kontingent göndərmək üçün toplanan ölkələri maraqlı kampaniya adlandırıb. O, İrlandiya, Kanada və Avstraliyanın adlarını çəkib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar