SON XƏBƏRLƏR

Dövlət sərhədindən narkotik keçirməyə cəhd edən PUA zərərsizləşdirilib

2025.03.06, 15:21
Dövlət sərhədindən narkotik keçirməyə cəhd edən PUA zərərsizləşdirilib

Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Qeyd olunub ki, Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Martın 4-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının İranda sərhəddə yerləşən “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 515 qram narkotik vasitə heroinin kiçik həcmli PUA vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar