SON XƏBƏRLƏR

Amerika Husi liderlərinə qarşı sanksiyalar tətbiq edir

2025.03.06, 15:27
Amerika Husi liderlərinə qarşı sanksiyalar tətbiq edir

Amerika Yəməndə İranın dəstəklədiyi Husilərin yeddi yüksək rütbəli üzvünə silah qaçaqmalçılığı və silah tədarükündəki rolu səbəbilə sanksiya tətbiq edib.

Gunaz.tv

GünazTV Publika.az-a istinadən xəbər verir ki, bu barədə Amerika Dövlət Departamentindən açıqlama verilib.

Açıqlamada Husilərin Rusiya, Çin və İrandakı təchizatçılardan silah alaraq Qırmızı dənizin təhlükəsizliyini təhdid etdikləri iddia edilib.

Bu çərçivədə Husilərin 7 yüksək rütbəli üzvünün sanksiyaya məruz qalacağı və yəmənli mülki vətəndaşları Ukraynada Rusiya xəttində döyüşmək üçün cəlb edən bir şirkətə qarşı lazımi addımların atılacağı bildirilib.

Həmçinin Yəmən hökuməti ilə Husilərin bölgə üzərində nəzarətini aradan qaldırmaq üçün çalışacaqları vurğulanıb.

Qeyd edək ki, Amerikanın keçmiş dövlət katibi Antoni Blinken Husiləri 16 fevral 2021-ci il tarixindən etibarən xarici terror təşkilatları siyahısından çıxardıqlarını açıqlayıb. Qərarın Yəməndə humanitar vəziyyətin son dərəcə pisləşməsi ilə əlaqədar qəbul edildiyi bildirilib.

Lakin martın 4-də Amerikanın hazırkı dövlət katibi Marko Rubio Husiləri rəsmi olaraq xarici terror təşkilatları siyahısına əlavə edib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar