SON XƏBƏRLƏR

Salar Tahir Afşarın həbsinin səbəbi hələ də açıqlanmayıb

2025.03.06, 21:49
Salar Tahir Afşarın həbsinin səbəbi hələ də açıqlanmayıb

Salar Tahir Afşarın həbsindən üç həftəyə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də hüquq-mühafizə orqanları onun həbsinin səbəbini açıqlamırlar.

Gunaz.tv

Qeyd edək ki, 20 fevralda, onun həbsindən bir neçə gün sonra, Salar Tahir Afşara 5 illik həbs cəzasının icrası ilə bağlı rəsmi bildiriş təqdim edilib. Lakin Təbriz həbsxanasındakı hüquq-mühafizə orqanlarının davranışı, bu Güney Azərbaycan fəalı ilə bağlı yeni və yalançı bir işin yaradılma ehtimalını gücləndirir.

Salar Tahir Afşar, 29 yanvar tarixində iş yerində Urmiya kəşfiyyat qüvvələri tərəfindən həbs olunub və növbəti gün Təbriz Kəşfiyyat İdarəsinə köçürülüb. İnsan haqları fəalları və hüquq müdafiəçiləri, Azərbaycan milli fəallarına qarşı artan hüquqi və təhlükəsizlik tədbirləri ilə bağlı narahatlıqlarını dəfələrlə ifadə ediblər. Rejimdən vətəndaş hüquqları və ifadə azadlığına hörmət edilməsini tələb ediblər.

 

E. Y

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar