SON XƏBƏRLƏR

Suriya ordusu hərbi əməliyyatlara başladı

2025.03.07, 11:26
Suriya ordusu hərbi əməliyyatlara başladı

Suriyanın yeni hökumətinə tabe olan silahlı qüvvələrin bölmələri, keçmiş prezident Bəşar Əsadı dəstəkləyən müxaliflərə qarşı mübarizə aparmaq məqsədilə Latakiya və Tartus şəhərlərinə daxil olublar.

Gunaz.tv

Xəbər verdiyimiz kimi, devrilmiş diktator Bəşər Əsədin tərəfdarları bu gün gecə saatları ərzində silahlı üsyana qalxıblar. Keçmiş prezident Bəşər Əsədin tərəfdarları olan silahlı qruplar Suriyanın şimal-qərbində, Latakiyada Baş Təhlükəsizlik Administrasiyasının üzvlərinə hücum edib.

İlkin məlumatlara əsasən olaylarda 70-dən çox insan həlak olub, onlarla insan yaralanıb. Ölənlər arasında azı 16 polis, 28 üsyançı olub. Suriyanın SANA agentliyi məlumat məlumat verir ki, Suriyanın yeni hökumətinə tabe olan silahlı qüvvələr Bəşar Əsadı dəstəkləyən üsyançı ünsürlərə qarşı əməliyyatlara başladı. 

 

Daxili Təhlükəsizlik İdarəsi həmçinin idarəetmə mərkəzləri, ətraf kəndlər və dağlıq ərazilərin yoxlanması üzrə genişmiqyaslı əməliyyata başladığını elan edib.

 Hakimiyyət qüvvələri silahlı qrupların təslim olması üçün barışıq mərkəzləri açsa da, bəzi fraksiyalar silahlarını təhvil verməkdən imtina edib, bu da qarşıdurmalara səbəb olub.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar