SON XƏBƏRLƏR

Bəzi ölkələrin vətəndaşlarının ABŞ-yə girişi qadağan olunur

2025.03.07, 12:26
Bəzi ölkələrin vətəndaşlarının ABŞ-yə girişi qadağan olunur

ABŞ Prezidenti Donald Trampın administrasiyası bir sıra ölkə vətəndaşlarının Amerikaya girişini qadağan etməyi planlaşdırır.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə “The New York Times” etibarlı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, yeni məhdudiyyətlər Trampın birinci prezidentlik dövründə tətbiq etdiyi tədbirlərlə müqayisədə daha əhatəli olacaq.

Hazırda administrasiya ABŞ-yə girişinə icazə verilməyəcək vətəndaşların mənsub olduğu ölkələrin qırmızı siyahısının tərtibi üzərində işləyir.

Venesuela, İran, Yəmən, Şimali Koreya, Kuba, Lübnan, Suriya, Somali və Sudan kimi ölkələrlə yanaşı, Əfqanıstanın və Pakistanın da bu siyahıya əlavə olunma ehtimalı var.

Qırmızı siyahı ilə yanaşı, daha yüngül məhdudiyyətlərin tətbiqi nəzərdə tutulan ölkələrin narıncı və sarı siyahısı da tərtib ediləcək.

Belə hallarda isə ABŞ-yə giriş müəyyən viza növləri və daha qısa qalma müddətləri ilə məhdudlaşdırılacaq.

Lakin qadağaların etibarlı vizaları və yaşıl kartları (ABŞ-də daimi yaşamaq üçün icazə verən viza növü) olan insanlara şamil edilib-edilməyəcəyi bəlli deyil.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar