SON XƏBƏRLƏR

Amerika HƏMAS ilə girovların azad olunmasını müzakirə edir

2025.03.07, 13:10
Amerika HƏMAS ilə girovların azad olunmasını müzakirə edir

Vaşinqton administrasiyası HƏMAS-la girovların azad olunması məsələsini müzakirə edir, lakin radikal Fələstin hərəkatına hər hansı nağd ödənişin mümkünlüyünü istisna edir.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bunu Amerika Prezidenti Donald Tramp deyib.

O, Vaşinqton administrasiyasının rəsmiləri ilə HƏMAS nümayəndələri arasında birbaşa təmasların olduğunu təsdiqləyib. "Biz israilli girovlardan danışırıq", - Amerika lideri izah edib. “Biz HƏMAS üçün heç nə etmirik, onlara pul vermirik”, - Tramp vurğulayıb.

"Danışmaq lazımdır. Məsləhətləşmələr aparmaqla HƏMAS-a pul ödəmək arasında fərq var", - o əlavə edib. "Biz bu insanların (girovların) azad edilməsini istəyirik", - dövlət başçısı deyib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar