Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi xəbərdarlıq edib.
“Sanksiyalar işə yaramır və aydındır ki, İran onlardan yan keçməyin yollrını öyrənib",- o əlavə edib.
Qrossi ABŞ-ın 2018-ci ildə nüvə sazişindən çıxmasından sonra İranın beş yeni qabaqcıl sentrifuqa modeli hazırladığını da vurğulayıb.
Qeyd edək ki, bu, Rafael Qrossinin son 1 həftə ərzində İranın uranın zənginləşdirilməsini sürətləndirməsi ilə bağlı ikinci xəbərdarlığıdır.
O, bir neçə gün qabaq İranın nüvə proqramının inkişafını ciddi narahatlıq doğurduğunu deyib və Tehran hökumətinin bu sahədəki qanun pozuntularına dair geniş hesabat hazırlayacağını bildirib.
Qrossi, İranın 60% zənginləşdirilmiş uran ehtiyatlarının 275 kiloqrama qədər artırdığını söyləyib.
GünazTV