SON XƏBƏRLƏR

Salar Tahir Afşar Təbriz Mərkəzi Həbsxanasında döyülüb

2025.03.07, 19:36
Salar Tahir Afşar Təbriz Mərkəzi Həbsxanasında döyülüb

Salar Tahir Afşar ötən gecə naməlum səbəblərdən bir neçə həbsxana məhbusu tərəfindən döyülüb.

Gunaz.tv

Qeyd etmək lazımdır ki, 20 fevralda, onun həbsindən bir neçə gün sonra 5 illik həbs cəzasının icrası ilə bağlı rəsmi bildiriş təqdim olunub. Lakin Təbriz həbsxanasındakı hüquq-mühafizə orqanlarının davranışından belə görünür ki, bu Güney Azərbaycanlı fəal ilə bağlı yeni və əsassız bir işin uydurulmağa çalışılır.

Salar Tahir Afşar , 17 fevral tarixində iş yerində Urmu kəşfiyyat qüvvələri tərəfindən həbs olunub və növbəti gün Təbriz Kəşfiyyat İdarəsinə köçürülüb və hələ də həbsdədir.

İnsan haqları fəalları və hüquq müdafiəçiləri, Güney Azərbaycan milli fəallarına qarşı artan hüquqi və təhlükəsizlik tədbirləri ilə bağlı narahatlıqlarını dəfələrlə ifadə ediblər və vətəndaş hüquqları və ifadə azadlığına hörmət edilməsini tələb ediblər.

 

E. Y

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar