SON XƏBƏRLƏR

İran Araşdırmaları Vəqfinə bir türkün rəhbər təyin edilməsinə etirazlar var

2025.03.08, 11:26
İran Araşdırmaları Vəqfinə bir türkün rəhbər təyin edilməsinə etirazlar var

İranda anti-türk mövqeyi ilə bilinən Tehran Universitetinin İran Araşdırmaları Mərkəzi keçmiş xarici işlər naziri Əli Əkbər Salehinin İran Araşdırmaları Vəqfinin rəhbəri təyin edilməsinə açıq və təhqiramiz məktubla etiraz edib.

Gunaz.tv

"Məsud Pezeşkian hökumətinin İranın milli irsinə və kimliyinə laqeyd olması dəqiqdir, lakin Salehinin bir diplomat və nüvə fizikası üzrə ekspert kimi belə bir tələyə düşəcəyi gözlənilmirdi”. - deyə məktubda qeyd edilib.

Qeyd edək ki, Keçmiş xarici işlər naziri və Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri Əli Əkbər Salehi əslən Həmədandandır və o İran xalqının 40 faizinin türkcə danışdığını bildirdiyi məşhur müsahibəsi ilə yadda qalıb.

Xatırladaq ki, Əli Əkbər Salehi 2009-2010-cu illərdə 10-cu hökumətdə, 2013-2014-cü illərdə isə 11-ci və 12-ci hökumətlərdə İranın Atom Enerjisi Təşkilatının vitse-prezidenti və rəhbəri vəzifələrində çalışıb. O, həmçinin 2010-2013-cü illərdə İranın xarici işlər naziri olub.

Maraqlıdır ki, Tehran Universitetinin İranşünaslıq Mərkəzinin bu etiraz məktubu fars mediasında geniş paylaşılıb və əksər fars media orqanları bu etirazı dəstəkləyiblər.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar