SON XƏBƏRLƏR

BMT-nin helikopteri atəşə tutulub, 28 hərbçi həlak olub

2025.03.08, 11:59
BMT-nin helikopteri atəşə tutulub, 28 hərbçi həlak olub

Birləşmiş Millətlər Təşkilatının (BMT) helikopteri Sudanın cənubunda atəşə tutulub.

Gunaz.tv

GünazTV “Report”-a istinadən xəbər verir ki, bu barədə ölkənin informasiya, rabitə, texnologiya və poçt xidməti naziri Maykl Makuei Lüet bildirib.

Qeyd olunub ki, BMT helikopteri hərbçiləri təxliyə etməyə çalışarkən Nasir şəhərində atəşə tutulub. Nəticədə, biri general olmaqla ən azı 28 hərbçi həlak olub.

“Həlak olan hərbçilərin dəqiq sayı hələ müəyyən edilməyib. Lakin general da daxil olmaqla, 28 nəfərin həlak olması barədə informasiya var”.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar