SON XƏBƏRLƏR

BMT Trampın Xameneiyə göndərdiyi məktuba münasibət bildirib

2025.03.08, 12:04
BMT Trampın Xameneiyə göndərdiyi məktuba münasibət bildirib

BMT Amerika Prezidenti Donald Trampın İranın ali rəhbəri Əli Xameneiyə Tehranla yeni bir nüvə sazişi bağlamağı təklif edən məktubuna münasibət bildirib.

Gunaz.tv

BMT Baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə göndərdiyi yazılı açıqlamada bildirib ki, BMT prinsip etibarilə diplomatiyanın İranın nüvə proqramının dinc xarakterini təmin etməyin ən yaxşı yolu olduğunu bir daha təsdiqləyir:

“Bu məqsədə yönəlmiş bütün diplomatik səyləri alqışlayırıq,” - deyə Dujarrik vurğulayıb.

Qeyd edək ki, Amerika Prezidenti Donald Tramp Tehranla razılaşma yolunda olduğunu və İranın ali rəhbəri Əli Xamenei məktub göndərərək yeni bir nüvə sazişi bağlamağı təklif etdiyini açıqlayıb.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar