SON XƏBƏRLƏR

Suriya prezidenti Əsədin tərəfdarlarını silahı yerə qoymağa çağırıb

2025.03.08, 12:07
Suriya prezidenti Əsədin tərəfdarlarını silahı yerə qoymağa çağırıb

Suriyanın keçid dövrünün prezidenti Əhməd əl-Şaraa sabiq prezident Bəşər Əsədin tərəfdarlarını silahlarını yerə qoymağa çağırıb.

Gunaz.tv

GünazTV xəbər verir ki, o, bu sözləri ofisinin rəsmi “Telegram” kanalında yayımladığı videomüraciətində deyib.

"Əvvəlki rejimin qalıqları təşəbbüs göstərməli və silahlarını yerə qoymalıdırlar" deyən əl-Şaraa hökumətin Əsəd rejiminin qalıqlarını təqib edəcəyini və xalqa hücumu davam etdirənlərin ədalət qarşısına çıxarılacağını bildirib.

Şara devrilmiş Baas rejiminin qüvvələrinə də müraciət edərək, "Biz sizin xaraba qoyduğunuz bu ölkəni yenidən qurmaq istəyən bir xalqıq və heç kimin qanını tökmək fikrimiz yoxdur. Biz namusla vuruşan millətik, siz isə şərəfsiz döyüşənlərsiniz" ifadələrindən istifadə etdi.

Şara devrilmiş rejim qüvvələrinin hərəkətlərinin təəccüblü olmadığını vurğulayaraq, onlara öhdəsindən gələ bilməyəcəkləri cavabı verəcəklərini bildirib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar