SON XƏBƏRLƏR

Türkiyə XİN Suriyadakı son hadisələrə reaksiya verdi

2025.03.08, 12:08
Türkiyə XİN Suriyadakı son hadisələrə reaksiya verdi

Suriyada bu cür təxribatların ölkəyə və bütün regiona təhlükə yaratmasına yol vermək olmaz.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Keçeli Suriyanın qərbində gərginliyin artmasını şərh edərkən bildirib.

“Suriya ərazisində təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün bütün səylər göstərilir. Latakiya və onun ətrafında gərginliyin artdığı bu kritik mərhələdə, eləcə də təhlükəsizlik qüvvələrinə hücumlar, Suriyanı birlik və həmrəylik içində gələcəyə aparmaq üçün atılan addımları sarsıda bilər… Biz suriyalıların sülh və rifah içində yaşamaq hüququna qarşı yönəlmiş hər hansı hərəkətə qarşıyıq”, – deyə o qeyd edib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar