SON XƏBƏRLƏR

İsrail ordusu Hizbullah mövqelərinə zərbələr endirib

2025.03.08, 12:37
İsrail ordusu Hizbullah mövqelərinə zərbələr endirib

İsrail ordusu Lübnanın güneyində İranın dəstəklədiyi Hizbullah terror qruplaşmasının mövqelərinə zərbələr endirib

Gunaz.tv

Ordunun bəyanatında deyilir: “Qısa müddət əvvəl İsrail ordusu Lübnanın güneyindəki “Hizbullah” terror təşkilatına aid hərbi obyektlərə kəşfiyyat məlumatlarına əsaslanan zərbələr endirib, orada Hizbullaha aid silah və reaktiv yaylım atəşi sistemlərinin varlığı müəyyən edilib. Hərbi obyektlərdəki silahlar və reaktiv yaylım atəşi sistemləri İsrail dövləti üçün təhlükə yaradır və İsrail ilə Lübnan arasındakı anlaşmaların açıq şəkildə pozulmasıdır" deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, İsrail ilə Hizbullah arasında Noyabrın 27-də imzalanan atəşkəs razılaşması Hizbullahdan sərhəddən təxminən 30 kilometr aralıda olan Litani çayının quzeyinə çəkilməsini və güneydə qalan hərbi infrastrukturu sökməsini tələb edirdi.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar