Günaz TV APA-ya istinadən xəbər verir ki, Ən son məlumatlara görə Rusiyada hazırda 331 min 727 nəfər azərbaycanlı miqrant (Azərbaycan vətəndaşı-red) yaşayır. Bu, 2024-cü ilin sonu, 2025-ci ilin əvvəlinə aid olan ən son rəsmi statistik məlumatdır. Azərbaycanın Rusiyadakı səfirliyindən verilən məlumata görə, hazırda Rusiyada olan azərbaycanlı miqrantlarından 122 min 568 nəfər miqrasiya qeydiyyatına alınıb. Bu məlumatı Səfirliyimizə Rusiya Daxili İşlər Nazirliyi təqdim edib.
Bu ilin fevralında 5-dən qüvvəyə minən qanuna görə, Rusiyada qanunsuz miqrantların reyestri yaradılıb. Martin 5-dən etibarən isə Rusiya ərazisində qanunsuz yaşayan miqrantlar barəsində ölkədən çıxarılma rejimi işə düşüb. Rusiya daxili işlər naziri Vladimir Kolokoltsevin açıqladığı məlumata görə, reyestrə artıq 700 minə yaxın miqrant düşüb ki, bu ilin aprelin 30-a kimi onlar Rusiya ərazisini tərk etməli olacaq.
“Rosstat”ın açıqladığı son məlumatlara görə, ötən il Rusiyaya rəsmi olaraq son 29 ilin ən böyük miqrant axını olub. Dövlət Statistikası üzrə federal Agentlik Rusiyaya ən çox hansı ölkələrdən miqrantların gəldiyini də açıqlayıb. Belə ki, siyahıya 128 min nəfərlə Tacikistan rəhbərlik edir. İkinci sırada 107 min nəfərlə Özbəkistan, üçüncü sırada 104 min nəfərlə Qırğızıstan qərarlaşıb. Ümumilikdə, 2024-cü ildə demək olar ki, Rusiyanın miqrasiya artımının 97%-i Mərkəzi Asiya ölkələrinin payına düşüb. Ötən ilin rəsmi statistikası da göstərir ki, Rusiyada miqrant siyahısında Azərbaycan vətəndaşları ən son yerlərdən birini tutur.
C