SON XƏBƏRLƏR

Mark Rutte: Avropa müdafiə istehsalını artırmalıdır

2025.03.08, 18:44
Mark Rutte: Avropa müdafiə istehsalını artırmalıdır

Avropanın təhlükəsizliyini təmin etmək üçün Avropa ölkələrinin müdafiə büdcələrini artırmaq və hərbi texnika istehsalını genişləndirmək lazımdır.

Gunaz.tv

Bunu NATO-nun baş katibi Mark Rutte bildirib.

"Təhlükəsizliyimizi təmin etmək üçün daha çox xərcləməli olacağıq. Lakin biz həm də Atlantikanın hər iki tərəfində müdafiə istehsalımızı sürətlə artırmalıyıq ", - o vurğulayıb.

Şimali Atlantika Müqaviləsi Təşkilatına Avropanın böyük hissəsi, eləcə də Amerika və Kanada daxildir. M.Ruttenin sözlərinə görə, döyüş sursatı, gəmilər, tanklar, təyyarələr, həmçinin pilotsuz uçuş aparatları lazımdır.

Avropa ölkələri Amerika Prezidenti Donald Trampın Kiyevə hərbi yardımı dayandırmaq qərarı şəraitində müdafiə xərclərini artırmağa və Ukraynaya dəstəyi qoruyub saxlamağa çalışırlar.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar