SON XƏBƏRLƏR

Dollar 93 min tüməni keçdi

2025.03.09, 22:44
Dollar 93 min tüməni keçdi

İranda Amerika dollarının qiyməti 93 min tüməndan yuxarı qalxaraq, valyuta bazarında yeni bir rekord müəyyən etdi.

Gunaz.tv

Ötən həftə sonunda, aylarla davam edən artım tendensiyasından sonra dolların qiyməti 89 min 90 tümənın altına düşdü. Təhlilçilər bu ucuzlaşmanı, Rusiyanın İran və Amerika arasında danışıqlara vasitəçilik etməsi barədə olan xəbərlərlə əlaqələndiriblər.

Donald Trumpın Amerika prezidenti vəzifəsinə gəlişindən sonra dollar və qızıl qiymətləri bir neçə dəfə artıb.

Qeyd edək ki, 2024-cü ilin əvvəlində dollar təxminən 61 min tümənla mübadilə olunurdu.

Xamenei bir neçə gün əvvəl hakimiyyət nümayəndələri ilə görüşündə, Trumpın danışıqlara dair göndərdiyi məktuba birbaşa toxunmadan dedi: "Bəzi güclü dövlətlərin danışıqlar tələbi məsələləri həll etmək üçün deyil, öz tələblərini qəbul etdirmək üçündür. İslam Respublikası onların tələblərini qəbul etməyəcək."

Donald Trump son müsahibəsində Fox Business-ə bildirib ki, o, Ali Xameneiyə bir məktub göndərib və orada hərbi əməliyyatlar yerinə, müqavilə üzrə danışıqlar aparmağı üstün tutduğunu bildirib.

 

E. Y

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar