SON XƏBƏRLƏR

FT: Kiyev Vaşinqtondan hərbi yardımı bərpa etməyi xahiş edəcək

2025.03.10, 11:28
FT: Kiyev Vaşinqtondan hərbi yardımı bərpa etməyi xahiş edəcək

Ukrayna Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlarda Amerikadan kəşfiyyat və hərbi dəstəyi bərpa etməyi xahiş edəcək.

Gunaz.tv

GünazTV "Financial Times"-a istinadən xəbər verir ki, Volodimir Zelenski Donald Trampı müharibənin tez bir zamanda sonlanmasını istədiyinə inandırmaqla,  Amerikanı kəşfiyyat və hərbi dəstəyi bərpa etməyə inandırmağa çalışacaq.

Səudiyyə Ərəbistanındakı danışıqlara hazırlıqla bağlı məlumat verən rəsmilər bildiriblər ki, Kiyev Rusiyaya uzun mənzilli pilotsuz təyyarələr zərbələrini, raket zərbələrini və Qara dənizdə döyüş əməliyyatlarını dayandırmaq üçün qismən atəşkəs təklif etməyə hazırlaşır. Rəsmi Kiyev bunun Vaşinqtonun kəşfiyyat məlumatlarının mübadiləsini və silah təchizatını dondurmaq qərarından dönməsinə səbəb olacağını düşünür. Ukraynalı rəsmilərdən biri əlavə edib ki, Kiyev qısamüddətli perspektivdə  Amerika ilə əlaqələrini düzəltməyə üstünlük verəcək. 

Zelenskinin partiyasından olan ukraynalı deputat və parlamentin milli təhlükəsizlik komitəsinin üzvü Fedir Venislavski ötən həftənin sonunda bildirib ki, Səudiyyə Ərəbistanında Ukrayna və  Amerika hakimiyyət orqanları arasında istənilən danışıqların məqsədi, yardımın bərpası barədə razılığa gəlmək olacaq.

Tramp bazar günü Səudiyyə Ərəbistanındakı danışıqlardan yaxşı nəticələr gözlədiyini bildirib.

Kiyevdə yaşayan siyasi analitik Volodymyr Fesenko isə düşünür ki, artıq Ukraynanın strategiyası dəyişib: “İndi ən vacib məsələ  Amerika ilə münasibətləri normallaşdırmaqdır. Əvvəlki plan təhlükəsizlik zəmanəti almaq və sonra atəşkəsə təkan vermək idisə, indi bunun bu qaydada baş verməyəcəyi aydındır."

 

 

Şahin Elxanoğlu

 

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar