SON XƏBƏRLƏR

Rusiya, Çin və İran birgə təlimləri başlayıb

2025.03.10, 12:06
Rusiya, Çin və İran birgə təlimləri başlayıb

İranın Çabahar limanında Rusiya, İran və Çinin hərbi dəniz qüvvələrinin “Dəniz təhlükəsizlik kəməri 2025” təlimləri başlayıb.

Gunaz.tv

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaxın günlərdə ekipajlar Hind okeanının şimal hissəsində əsir götürülmüş gəmilərin azad edilməsi, dənizdə axtarış və xilasetmə, həmçinin dənizdə və hava hədəflərində artilleriya atəşi həyata keçirmək üçün tapşırıqları yerinə yetirəcəklər.

Dəniz Təhlükəsizlik Kəməri artıq yeddinci dəfədir ki, İran tərəfindən təşkil olunur. Bu il ki təlimlərdə 15-ə yaxın gəmi, yardımçı gəmilər və döyüş katerləri, eləcə də dəniz aviasiyası helikopterləri iştirak edir. Rusiyanı təlimlərdə “Rezkiy” və “Geroy Rossiyskoy Federatsii Aldar” korvetləri və Sakit Okean Donanmasının “Peçenqa” adlı orta dəniz tankeri təmsil edir.

Pekin manevrlərdə iştirak etmək üçün bir esmines və təchizat gəmisi göndərib.

Rusiya MN-dən o da bildirilib ki, təlimlərin məqsədi dəniz təhlükəsizliyini təmin etmək, dənizdə piratçılıq və terrorizmlə mübarizə, dəniz kommunikasiyalarının qorunmasıdır.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar