SON XƏBƏRLƏR

Zelenski: Ukraynaya yeni hərbi dəstək paketləri hazırlanır

2025.03.10, 12:17
Zelenski: Ukraynaya yeni hərbi dəstək paketləri hazırlanır

Ukrayna prezidenti Volodimir Zelenski ölkənin silah tədarükü üçün yeni dəstək paketlərinin hazırlandığını açıqlayıb.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadən xəbər verir ki, bu barədə o, Ukraynanın müdafiə naziri Rüstəm Umerovun tərəfdaş ölkələrlə apardığı danışıqların nəticələrini dəyərləndirərkən bildirib. Zelenski Ukraynaya dəstək verən ölkələrin səylərini yüksək qiymətləndirib.

Yeni hərbi dəstək paketləri çərçivəsində bir sıra mühüm addımlar atılacaq. Polşa əlavə dəstək paketləri hazırlayır və Çexiya təşəbbüsü çərçivəsində sursat tədarükündə iştirakını davam etdirir. Almaniya Ukraynaya IRIS-T hava hücumundan müdafiə sistemləri və sursatlarının daha sürətli tədarükünü təmin etməyə hazırlaşır. Zelenski Almaniyanı Avropanın təhlükəsizliyinin əsas sütunlarından biri adlandıraraq, onun rolunun vacibliyini vurğulayıb.

Avropa İttifaqı isə mövcud tədarük çatışmazlıqlarını aradan qaldırmaq üçün institusional səviyyədə iş aparır. Niderland Ukraynada silah istehsalına investisiya yatırmağa davam etməyə hazır olduğunu bildirib. Şimali Avropa və Baltikyanı ölkələr də tam dəstəklərini təsdiqləyiblər. Bu dəstək yeni yardım paketləri, Ukraynanın hərbi sənayesinə investisiyalar və Avropanın güclənməsi üçün yeni siyasi təşəbbüsləri əhatə edir.

Zelenskinin bu açıqlaması Qərb ölkələrinin Ukraynaya hərbi və maliyyə dəstəyini artırmağa davam edəcəyini göstərir. Ukraynanın müdafiə gücünü artırmaq üçün bu ölkələrin birgə səyləri yaxın həftələrdə daha aydın şəkildə özünü göstərə bilər.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar