SON XƏBƏRLƏR

BMT-nin Təhlükəsizlik Şurası İranın nüvə proqramına görə iclas keçirəcək

2025.03.11, 09:59
BMT-nin Təhlükəsizlik Şurası İranın nüvə proqramına görə iclas keçirəcək

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası martın 12-də İranın silah səviyyəsinə yaxın səviyyədə uran ehtiyatlarının genişləndirilməsi ilə bağlı qapalı iclas keçirəcək.

Gunaz.tv

Bu barədə Royters məlumat yayıb.

İclas Təhlükəsizlik Şuranın 15 üzvündən altısının, o cümlədən Fransa, Yunanıstan, Panama, Cənubi Koreya, Böyük Britaniya və Amerikanın tələbi ilə keçirilir.

Bu ölkələr həmçinin İranın Beynəlxalq Atom Enerjisi Agentliyinə İranda bir neçə fərqli saytda aşkar edilmiş bəyan olunmamış nüvə materialları ilə bağlı lazımi məlumatları təqdim etmək öhdəliyini də nəzərdən keçirmək istəyirlər.

İranın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəliyi görüşlə bağlı şərh tələblərini cavabsız qoyub.

Qərb ölkələri hesab edir ki, heç bir mülki proqram üçün uranı bu qədər yüksək səviyyədə zənginləşdirməyə ehtiyac yoxdur və bu səviyyədə zənginləşdirilmiş uran nüvə bombası yaratmağa hesablanıb.

Bununla belə, rəsmi Tehran İran hökumətinin nüvə proqramının tamamilə dinc xarakter daşıdığını iddia edir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar