SON XƏBƏRLƏR

Trampın xüsusi elçisi Putinlə görüşmək üçün Moskvaya gedir

2025.03.11, 18:00
Trampın xüsusi elçisi Putinlə görüşmək üçün Moskvaya gedir

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gələcək.

Gunaz.tv

“Bloomberg” və “Reuters” agentliklərinin mənbələri xəbər verir ki, o bunu martın 11-də Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna nümayəndə heyətləri arasında keçiriləcək danışıqlardan sonra edəcək.

Bu, Vitkoffun Rusiyaya ikinci səfəri olacaq: o, bundan əvvəl fevralın 11-də gəlmişdi və Putinlə görüşdükdən sonra Rusiyada narkotik işinə görə 14 il müddətinə azadlıqdan məhrum edilmiş amerikalı Mark Vogellə birlikdə ABŞ-a uçmuşdu. Vitkoff qeyd edib ki, o, həmin səfərdə Rusiya prezidenti ilə “çox vaxt” keçirib, onunla dostluq münasibətləri qurub.

Xarici KİV-lər Trampın xüsusi elçisinin cədvəlinə əsaslanaraq, Putinlə cümə axşamı, martın 13-də görüşə biləcəyini bildiriblər, lakin “hər şeyin hələ də dəyişə biləcəyi” də vurğulanıb.

Vitkoff, dövlət katibi Marko Rubio və milli təhlükəsizlik müşaviri Mayk Vals ilə birlikdə bu gün Səudiyyə Ərəbistanında Ukrayna nümayəndə heyəti ilə danışıqlarda iştirak edir. İclasda Ukraynanı prezident aparatının rəhbəri Andriy Yermak, Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiha və müdafiə naziri Rustem Umerov təmsil edir. Vaşinqton bəyan edib ki, danışıqların əsas məqsədi sülh sazişi və ilkin atəşkəs üçün zəmin yaratmaqdır.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar