SON XƏBƏRLƏR

Pakistanda yaraqlılar 450-dən çox sərnişini girov götürüblər

2025.03.11, 15:55
Pakistanda yaraqlılar 450-dən çox sərnişini girov götürüblər

Pakistanda yaraqlıların martın 11-də sərnişin qatarına hücumu nəticəsində 450-dən çox şəxs girov götürülüb, qatarın maşinisti yaralanıb.

Gunaz.tv

Hücum ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində baş verib.

"450-dən çox sərnişin silahlı şəxslər tərəfindən girov saxlanılır", - Kvettada dəmiryol idarəsinin yüksək vəzifəli məmuru Məhəmməd Kaşif bildirib.

Məlumata görə, qatar Kvettadan Xayber-Paxtunxva əyalətindəki Peşavara gedərkən atəşə tutulub.

Hücuma görə, silahlı separatçı "Bəlucistan Azadlıq Ordusu" qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

Əyalət hökumətinin nümayəndələri və dəmiryolçular girovların götürülməsi barədə məlumatı təsdiqləməyiblər.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar