SON XƏBƏRLƏR

Siyasi məhbuslar İranın 38 həbsxanasında aclıq eyləmi keçirdilər

2025.03.12, 09:53
Siyasi məhbuslar İranın 38 həbsxanasında aclıq eyləmi keçirdilər

İranın 38 həbsxanasında saxlanılan siyasi məhbuslar edam hökmlərinin dayandırılması tələbi ilə bu gün martın 11-dən 12-ə keçən gecədən başlayaraq yenidən aclıq eyləminə əl atıblar.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, onlar beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar.

Aclıq eyləmi 59-cu dəfədir ki, hər həftənin ikinci günü 24 saat müddətinə keçirilir.

Qeyd edək ki, 2024-cü ildə İranda 1000-dən çox məhkum edam edilib, onlardan 975-nin kimliyini müəyyənləşdirmək mümkün olub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar