SON XƏBƏRLƏR

İsrail və Lübnan Amerikanın rəhbərliyi ilə danışıqlara başlayır

2025.03.12, 11:00
İsrail və Lübnan Amerikanın rəhbərliyi ilə danışıqlara başlayır

Amerika Prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisinin müavini Morqan Ortaqus İsrail və Lübnan arasında sərhəd məsələlərinin həlli üçün əldə olunan razılaşmanı açıqlayıb.

Gunaz.tv

GünazTV “Report”-a istinadən xəbər verir ki, diplomat bu barədə “Al Jadeed” telekanalına müsahibəsində bildirib.

O, Vaşinqtonun tərəflər arasında vasitəçi kimi çıxış edəcəyini söyləyib.

"İsrail və Lübnan Amerikanın himayəsi altında quru sərhədləri ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün danışıqlara başlamaq barədə razılığa gəliblər. Qalan məsələlərin həlli ilə bağlı işçi qrupları yaratdıq", - Ortaqus əlavə edib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar