SON XƏBƏRLƏR

Xarkov şəhərinə İran dronları ilə hücum edildi

2025.03.12, 11:08
Xarkov şəhərinə İran dronları ilə hücum edildi

Rusiya qüvvələri Xarkov şəhərinə İrana məxsus “Şahed” tipli pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadən xəbər verir ki, şəhər meri İqor Terehovun ilkin məlumatına görə, dronlardan biri şəhərin mərkəzində yerləşən çoxmərtəbəli yaşayış binasına çırpılıb, nəticədə binada yanğın baş verib.

İlkin məlumatlara görə, hadisə nəticəsində 8 nəfər yaralanıb, onlardan biri 7 yaşlı uşaqdır. Hücum nəticəsində üç yaşayış binası zədələnib, təxminən 150 pəncərə sınıb.

Xilasedicilər və kommunal xidmətlər hadisə yerinə cəlb edilib, yanğın söndürülüb və zərərçəkənlərə tibbi yardım göstərilib. Şəhər rəhbərliyi əhalini diqqətli olmağa və hava həyəcanı siqnallarına əməl etməyə çağırır.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar