SON XƏBƏRLƏR

HƏMAS Qəzza danışıqlarının yeni mərhələsini elan edib

2025.03.12, 11:50
HƏMAS Qəzza danışıqlarının yeni mərhələsini elan edib

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs danışıqlarının yeni mərhələsinin başladığını elan edib.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Abdel Rəhman Şadidin HƏMAS-ın teleqram kanalında dərc olunmuş bəyanatında deyilir.

O bildirib ki, Qəzzada atəşkəslə bağlı danışıqların yeni mərhələsi başlayıb və HƏMAS onlara tam məsuliyyətlə yanaşacaq.

"Ümid edirik ki, bu məsləhətləşmələr sazişin ikinci mərhələsi üzrə tamhüquqlu danışıqlara başlamaq məsələsində əhəmiyyətli irəliləyişlərə səbəb olacaq", - Şadid vurğulayıb.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar