SON XƏBƏRLƏR

Lavrov: Rusiya heç bir halda Ukraynada Avropa sülhməramlılarını qəbul etməyəcək

2025.03.12, 11:55
Lavrov: Rusiya heç bir halda Ukraynada Avropa sülhməramlılarını qəbul etməyəcək

Moskva heç bir halda Ukraynada Avropa sülhməramlılarını və orada Rusiya əleyhinə qanunların qorunub saxlanmasını qəbul etməyəcək.

Gunaz.tv

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov amerikalı blogger Mario Naufal, keçmiş hakim Endryu Napolitano və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Consona müsahibəsində bildirib.

Onun sözlərinə görə, NATO qoşunlarının Ukrayna ərazisində istənilən bayraq altında, istənilən keyfiyyətdə, o cümlədən sülhməramlı qüvvələr kimi olması Rusiya üçün təhdiddir: "Rusiyanı ərazilər deyil, insanlar maraqlandırır, ərazilər yalnız insanlar yaşadığı üçün vacibdir".

Lavrov qeyd edib ki, Rusiya 2014-cü ilin aprelində Amerika, Aİ və Kiyevlə Ukraynanın federallaşdırılmasını ciddi şəkildə müzakirə edib. "O zaman heç kim Krımın adını çəkməyib. Məsələ artıq həll olunmuşdu. Əgər Kiyev İstanbul razılaşmalarını yerinə yetirsəydi, yalnız Krımı və “Donbasın bir hissəsini” itirəcəkdi. Ukraynalılar hər dəfə aldadanda nəsə itirirlər”.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar