SON XƏBƏRLƏR

NATO-nun baş katibi Trampla görüşəcək

2025.03.12, 12:09
NATO-nun baş katibi Trampla görüşəcək

NATO-nun baş katibi Mark Rutte martın 12-də Vaşinqtona səfər edəcək və ABŞ Prezidenti Donald Trampla görüşəcək.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

"Səfər zamanı o, ABŞ administrasiyasının və Konqresinin yüksək vəzifəli şəxsləri ilə də görüşəcək", - məlumatda deyilir. Mətbuat xidməti bildirib ki, Rutte ilə Tramp arasında görüş martın 13-də baş tutacaq. Baş katibin səfəri martın 14-dək davam edəcək.

Danışıqların mövzuları dəqiqləşdirilməyib. NATO baş katibi ilə ABŞ prezidenti arasında görüş barədə əvvəllər məlumat verilməmişdi.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar