SON XƏBƏRLƏR

İran öhdəliklərini yerinə yetirmir- Avropa Birliyi

2025.03.12, 13:56
İran öhdəliklərini yerinə yetirmir- Avropa Birliyi

İranın nüvə proqramının davamlı şəkildə genişləndirilməsi Tehranın öhdəliklərinə ziddir və Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) kimi kollektiv yanaşma məsələnin həll yoludur.

Gunaz.tv

Bunu Avropa Birliyinin xarici siyasət rəhbəri Kaya Kallas deyib.

“Bu problemi həll etmək üçün diplomatiyadan başqa qalıcı həll yolu yoxdur”,- BMT-nin Təhlükəsizlik Şurasının iclasında çıxış edən diplomat bildirib.

AB-nin xarici siyasət rəsmisinin bu bəyanatı, Təhlükəsizlik Şurasının İranın zənginləşdirilmiş uran ehtiyatlarının silah əldə etmək səviyyəsinə yaxın səviyyəyə yüksəldilməsi ilə bağlı bu gün keçirəcəyi qapalı iclasla eynivaxta təsadüf edir.

Bu iclas Şuraya üzv olan 15 ölkədən altısının, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, Cənubi Koreya, Yunanıstan və Panamanın tələbi ilə keçirilir.

Bu ölkələr həmçinin İranın Beynəlxalq Atom Enerjisi Agentliyinə İranda bir neçə fərqli saytda aşkar edilmiş bəyan olunmamış nüvə materialları ilə bağlı lazımi məlumatları təqdim etmək öhdəliyini də nəzərdən keçirmək istəyirlər.

Qərb ölkələri hesab edir ki, heç bir mülki proqram üçün uranı bu qədər yüksək səviyyədə zənginləşdirməyə ehtiyac yoxdur və bu səviyyədə zənginləşdirilmiş uran nüvə bombası yaratmağa hesablanıb.

Bununla belə, rəsmi Tehran İran hökumətinin nüvə proqramının tamamilə dinc xarakter daşıdığını iddia edir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar