SON XƏBƏRLƏR

Trampın məktubunu Xameneiyə ərəb ölkələrindən biri çatdıracaq

2025.03.12, 14:11
Trampın məktubunu Xameneiyə ərəb ölkələrindən biri çatdıracaq

ABŞ Prezidenti Donald Trampın məktubunu Əli Xameneiyə ərəb ölkələrindən biri çatdıracaq.

Gunaz.tv

GünazTV APA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Araqçi hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

O, Trampın Xameneiyə yazdığı məktubun ərəb ölkələrindən biri tərəfindən İrana çatdırılacağını açıqlayıb.

Nazirin sözlərinə görə, məktub yazılsa da, Tehrana hələ çatmayıb.

“ABŞ Prezidentinin məktubu yazılıb, amma hələ ki bizə çatmayıb. Qərara alınıb ki, məktubu ərəb ölkələrindən birinin nümayəndəsi tezliklə Tehrana çatdırsın”, - XİN rəhbəri əlavə edib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar