SON XƏBƏRLƏR

ABŞ Ukraynaya uzaqmənzilli GLSDB bombalarının tədarükünü bərpa edib

2025.03.14, 11:26
ABŞ Ukraynaya uzaqmənzilli GLSDB bombalarının tədarükünü bərpa edib

ABŞ ehtiyatı tükənmiş ATACMS raketlərinin əvəzinə Ukraynaya modernləşdirilmiş “Ground-Launched Small Diameter Bomb” (GLSDB) bombalarını göndərməyə hazırlaşır. Silah Rusiya elektron mübarizə sistemlərinə qarşı mübarizə üçün təkmilləşdirilib.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə "Reuters" vəziyyətlə tanış olan mənbələrə istinadən xəbər paylaşıb.

ABŞ modernləşdirmədən sonra Ukraynaya uzaqmənzilli idarə olunan GLSDB bombalarının tədarükünü bərpa etməyi planlaşdırır. Bu sursatlar “Ukraine Security Assistance Initiative” proqramı çərçivəsində satın alınmış və əvvəllər Rusiya elektron mübarizə sistemləri səbəbindən problemlərlə üzləşmişdi.

“Ukraynalılar bu bombaları son dəfə bir neçə ay əvvəl istifadə ediblər, lakin tezliklə onlar yenidən döyüş meydanında görünəcəklər”, – agentliyin mənbələrindən biri bildirib.

19 modernləşdirilmiş GLSDB-nin sınaqları onların səmərəliyini təsdiqləyib. Təkmilləşdirmələrə daxili birləşmələrin gücləndirilməsi daxil idi ki, bu da bombanın maneələrə qarşı dayanıqlılığını artırmalıdır.

Daha əvvəl Reuters-ə üç mənbə bildirmişdi ki, Rusiya elektron mübarizə vasitələri GLSDB-nin naviqasiya sistemini uğurla sıradan çıxarıb, onların dəqiq hədəflənməsinə mane olub. “Boeing” və SAAB tərəfindən hazırlanan bu sursatlar 161 km-ə qədər məsafədə hədəfləri vura bilir ki, bu da əvvəllər Kiyevə tədarük edilən GMLRS-in (69 km) mənzilindən əhəmiyyətli dərəcədə çoxdur.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar