SON XƏBƏRLƏR

VACİB: Trampın xüsusi elçisi Bakıya gəldi!

2025.03.14, 11:43
VACİB: Trampın xüsusi elçisi Bakıya gəldi!

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffun içərisində olduğu ehtimal edilən təyyarə Rusiya paytaxtı Moskvanı tərk edib.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Flightradar” portalının məlumatına istinadən xəbər verilir.

Məlumata görə, sözügedən təyyarə Moskva vaxtı ilə gecə saat 01:54-də hava limanından havaya qalxaraq cənub istiqamətində hərəkət edib. Marşrut barədə rəsmi açıqlama verilməsə də, mənbələr təyyarənin Bakı istiqamətində uçduğunu bildirir.

Bəzi mənbələrin məlumatına əsasən, təyyarə Bakı vaxtı ilə saat 05:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. Lakin Stiven Uitkoffun bu reysdə olub-olmadığı ilə bağlı rəsmi təsdiq yoxdur.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar