SON XƏBƏRLƏR

ABŞ Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır

2025.03.14, 11:44
ABŞ Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır

ABŞ-nin maliyyə naziri Skott Bessent Rusiya-Ukrayna münaqişəsinin həlli üçün zəruri olacağı təqdirdə Rusiyaya qarşı sanksiyaları əhəmiyyətli dərəcədə sərtləşdirməyə hazır olduqlarının bir daha xatırladıb.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə o, CNBC telekanalına bildirib.

Bessentdən Rusiya atəşkəs ilə razılaşmadığı təqdirdə ona qarşı tətbiq ediləcək sanksiyaların necə təsir edəcəyini soruşublar.

ABŞ-ın maliyyə naziri cavabına keçmiş prezident Co Bayden administrasiyasının tətbiq etdiyi sanksiyaların səviyyəsini tənqid etməklə cavablandırdı:

“10 ballıq şkala ilə qiymətləndirsək, hesab edirəm ki, Bayden administrasiyasının Rusiyaya qarşı sanksiyalarını 3-ə bərabər olardı, səlahiyyət müddətinin sonuna yaxın isə onları 6-ya çatdırdılar. Sizi əmin edirəm ki, çəkinmədən onları 10-a qaldırarıq”, - Bessent deyib.

O xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp zərurət halında həm Kiyevə, həm də Moskvaya təzyiq göstərməyə hazır olduğu barədə xəbərdarlıq edib.

"Bütün bunlar prezident Trampın uğurlu danışıqlar masası qurmasının bir hissəsidir. O, hər iki tərəfə maksimum təzyiq göstərməyə hazırdır", - ABŞ maliyyə naziri deyib.

 

 

 

Şahin Elxanoğlu

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar